ELM VƏ TƏHSİL
“Intel Athena” layihəsi “5G” və süni intellektli kompüterlərin yaradılmasına kömək edəcək
Bakı, 9 yanvar, AZƏRTAC
“Intel” şirkəti “CES 2019” sərgisində fərdi kompüter istehsalçıları üçün yeni proqramın istifadəyə verildiyini açıqlayıb. Şirkət “5G” texnologiyasını və süni intellekti dəstəkləyən mobil fərdi kompüterləri “Athena” layihəsi çərçivəsində inkişaf etdirəcək. 3dnews.ru saytının məlumatına görə, proqram yeni mühitin yaradılması, süni intellekt və “5G” daxil olmaqla yeni nəsil texnologiyaların effektiv istifadəsi üçün nəzərdə tutulur.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, istehsalçı notbukun qapağının açılması və sistemin tam işə salınması arasında vaxtı minimallaşdırmaq niyyətindədir. Bundan əlavə, gün ərzində batareya ilə iş vaxtı, qurğuların transformasiya edilən formatları, yüksək məhsuldarlıq qarşıya qoyulan məqsədlər sırasındadır.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Athena” layihəsinin sertifikasiyasına uyğun ilk qurğular 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq. Layihə çərçivəsində “Acer”, “ASUS”, “Dell”, “Google”, “HP”, “Innolux”, “Lenovo”, “Microsoft”, “Samsung” və “Sharp” kimi istehsalçılar artıq “Intel” ilə əməkdaşlığa başlayıb. Qurğuların həm “Windows”, həm də “Chrome” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]