ELM VƏ TƏHSİL
İntellektual çempionatda Bakı Mühəndislik Universitetinin komandası qalib gəlib
Bakı, 20 dekabr, AZƏRTAC
Təhsil Nazirliyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual çempionat keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən çempionatda respublikanın 28 ali təhsil müəssisəsinin komandası iştirak edib. Yarışın keçirilməsi gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.
Çempionatın nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin komandası birinci, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü yeri tutub.
Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]