İDMAN


“İntellektual kubok” turnirinə qeydiyyat davam edir

Bakı, 27 noyabr, AZƏRTAC

2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bu tədbirlərdən ilki olan - media nümayəndələri üçün keçiriləcək "İntellektual kubok" turnirinə qeydiyyat prosesi sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak üçün qeydiyyat müddəti dekabrın 3-dək uzadılıb.

Dekabrın 10-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə iştirak üçün artıq 10 komanda qeydiyyatdan uğurla keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.