ELM VƏ TƏHSİL


İntellektual oyunların tətbiqi ilə keçirilən dərslərdə şagirdlərin qiymətləndirilməsi üsulları müzakirə olunub

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun dissertantı Bahar İsmayılovanın “İntellektual oyunların tətbiqi ilə keçirilən dərslərdə şagirdlərin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bahar İsmayılova məruzəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 57 ölkənin 15 yaşlı məktəblilərinin bilik reytinqinə dair məlumatını diqqətə çatdırıb. Bildirib ki, ümumtəhsil məktəbinin əsas vəzifəsi fərdin təbii imkanlarını inkişaf etdirmək və fiziki, əqli, intellektual imkanlar nəzərə alınmaqla onu şəxsiyyət kimi formalaşdırmaqdan ibarətdir. Məruzəçi müasir dövrdə tələbat azaldığı peşələrdən də söz açıb.

Bildirilib ki, qabaqcıl təhsil sisteminə malik ölkələrdə şagirdlərin nailiyyətlərinin monitorinqi məktəbin müəllimləri tərəfindən aparılır. Şagirdin öz fəaliyyətini mütəmadi olaraq qiymətləndirməsi üçün krossvord tərtibi və həll edilməsi müsbət nəticə verən üsullardan biridir. Şagirdlərin mövzunu yaxşı mənimsəməsi üçün onlar ən azı 7-8 termini anlamalı və yadda saxlamalıdır.

Sonda Bahar İsmayılova krossvord yaratma və həlletmə üsullarını nümunələr əsasında izah edib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.