ELM VƏ TƏHSİL
İntellektual teleoyunda 109 nömrəli məktəbin komandası qalib gəlib
Bakı, 10 iyul, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual teleoyun təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 274, 120, 107 və 109 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Azərbaycan dili”, “Coğrafiya”, “Məntiq”, “ABŞ”, “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.
İntellektual teleoyunun nəticələrinə əsasən, 109 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]