CƏMİYYƏT


İntellektual turnirdə İqtisadiyyat Nazirliyinin komandası ikinci yerə layiq görülüb

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda İqtisadiyyat Nazirliyinin "İqtisadiyyat" komandası yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, intellektual turnirdə dövlət qurumlarının və digər təşkilatların 30 komandası iştirak edib. İlk üç yeri tutan komandalara fəxri fərman və mükafatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.