ELM VƏ TƏHSİL


İntellektual yarışmada 47 nömrəli məktəbin komandası qalib gəlib

Bakı, 4 iyul, AZƏRTAC 

Paytaxt məktəblilərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 47, 103, 84 və 127 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak ediblər. Məktəblilər “Azərbaycan dili”, “Fizika”, “Lütfi Zadə”, “Niyə?” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.

İntellektual teleoyunun nəticələrinə əsasən, 47 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin intellektual səviyyəsini, ayrı-ayrı fənlərə olan marağını və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onları yeni məlumatlar toplamaq üçün axtarışlara sövq etmək, məktəblilərin yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəflərindəndir.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.