DÜNYA


“Intelsat 35e” peyki orbitə çıxarılıb

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ-ın "SpaceX" şirkəti "Intelsat 35e" telekommunikasiya peykini orbitə çıxarıb. "Falcon 9" raketdaşıyıcısının buraxılışı Kanaveral kosmodromundan həyata keçirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadən xəbər verir ki, "SpaceX" peyklə təchiz edilən raketdaşıyıcısının buraxılışını iki dəfə təxirə salıb. Raketin buraxılışı iyulun 2-nə nəzərdə tutulsa da, naviqasiya sistemində nasazlığa görə 1 gün ertələnib. İyulun 3-də şirkət yenidən raketin startını həyata keçirməyə çalışıb, lakin buraxılışa bir neçə saniyə qalmış uçuş ləğv edilib.

Məlumata görə, "Intelsat 35e" adlanan aparat yüksək siqnal buraxılışı qabiliyyətinə malik geostasionar peyklər sinfinə aiddir.

Çəkisi 6 ton təşkil edən "Intelsat 35e" ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb və Şimali və Cənubi Amerika, Avropa və Afrika ərazisində telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Mənzil-qərargahı Lüksemburqda yerləşən "Intelsat" beynəlxalq konsorsiumuna məxsus aparatın hesablanmış istismar müddəti 15 il təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.