REGİONLAR


İntensiv alma bağı salanlar ilk 4 il hər hektara görə 800 manat subsidiya alacaq

Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq, 2020-ci ildən bitkiçilik sahəsində yeni subsidiyalaşdırma qaydaları tətbiq ediləcək. Qərara əsasən, ən yüksək əmsallardan biri intensiv meyvə bağları üçün tətbiq olunacaq. Belə ki, intensiv alma bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən “Alma bayramı”nda Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavini bildirib ki, 2019-cu ilədək salınmış intensiv alma bağlarına da hər hektara görə 240 manat subsidiya ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.