REGİONLAR


İntensiv arıçılığa həsr olunmuş seminar və sahə nümayişi keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində “Arıların sağlamlığı və intensiv arıçılıq” mövzusunda elmi-praktik seminar və sahə nümayişi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda ölkəmizdə arıçılığın mövcud vəziyyəti və problemləri, arıçılıqda süni mayalanmanın təşkili, arılara qulluq qaydalarının pozulması səbəbindən baş verən xəstəlik və digər mənfi hallar, geniş yayılmış infeksion xəstəliklər ətrafında müzakirələr aparılıb, fermerlərə lazımi tövsiyələr verilib.

Daha sonra Arıçılıq Mərkəzinin təcrübə sahəsində arılara yaz qulluq qaydaları nümayiş etdirilib, arıçılıq üçün yem bazasının yaradılması qaydaları izah olunub. Eyni zamanda, arılar üçün qiymətli yem hesab olunan bitkilərin əkin sxemi əyani nümayiş etdirilib.

Sahə nümayişində arıçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.