CƏMİYYƏT


İntensiv yağan yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb

Bakı, 23 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-110, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 387 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 350 kubmetr olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 154 kubmetr olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 138 kubmetr təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.

Aprelin 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 18, Şirvanda 6, Salyanda 16, Araz çayının Novruzlu məntəqəsində 18 santimetr artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 (2017-ci il aprelin 23-də 380 sm), Şirvanda 263 (2017-ci il aprelin 23-də 283 sm), Salyanda 191 (2017-ci il aprelin 23-də 211 sm), Bankədə 177 (2017-ci il aprelin 23-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 santimetr (2017-ci il aprelin 23-də 80 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.