İDMAN


“İnter” Mauro İkardiya illik 6,5 milyon avro məvacib təklif edib

Bakı, 23 fevral, AZƏRTAC

İtaliyanın “İnter” klubu hücumçusu Mauro İkardiya illik 6,5 milyon avro məvacib təklif edib.

AZƏRTAC “Sports.ru” saytına istinadla xəbər verir ki, Milan təmsilçisi 26 yaşlı hücumçunun ilinə 6,5 milyon avro müqabilində dördillik sözləşməyə qol çəkməsini istəyib. Argentinalı forvard isə 7,5 milyon avro məvacib və yüksək bonuslarla razılıq əldə etməyə ümid edir.

İtaliya təmsilçisinin İkardi ilə yeni müqaviləyə dair danışıqlarının davam etdiyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Mauro İkardi “İnter”də kapitanlıq sarğısından məhrum edilib və bir neçə oyunda iştirak etməyib. Oyunçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçu ilinə 4,5 milyon avro qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.