İDMAN


“İnter” klubu 20 yaşlı argentinalı forvardla razılığa gəlib

Bakı, 9 fevral, AZƏRTAC 

“Rasinq Avelyaned” futbol klubunun hücumçusu Lautaro Martines bu yay “İnter”ə keçəcək.

AZƏRTAC xəbər verir ki, Milan klubu 20 yaşlı argentinalı forvardla 20 milyon avro və bu məbləğə 2 milyon bonus da əlavə olunmaqla transfer razılığına gəlib.

Bununla yanaşı, “Rasinq” klubu Martinesin gələcəkdə baş tutacaq təkrar satışından əldə olunan gəlirin 10 faizini qazanıb.

“Real”, “Atletiko”, “Mançester Yunayted” və “Valensiya” komandalarının maraq dairəsində olan oyunçu tezliklə İtaliyada tibbi müayinədən keçə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.