DÜNYA


“İnter” klubunun baş məşqçisi hədələnir

Milan, 17 noyabr, AZƏRTAC 

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte həyati təhlükə ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, ünvanına içərisində giliz olan məktub gələn Konte bu barədə polisə bildirib. İtaliyada bu üsul siyasətçiləri qorxutmaq üçün istifadə olunan populyar vasitədir.

Hazırda Milan polisi 50 yaşlı futbol mütəxəssisinin evinin və klubun məşq meydançasının ətrafında təhlükəsizliyi qorumaq üçün qüvvələr yerləşdirib. Ehtimal olunur ki, təhdid məktubunun müəllifi məşqçinin “İnter”ə təyinatından qəzəblənən radikal “Yuventus” azarkeşləridir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Milan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.