MƏDƏNİYYƏT


İnternet istifadəçiləri payız istirahəti üçün ən yaxşı ölkələri seçiblər

Riqa, 13 sentyabr, AZƏRTAC 

Tutu.ru saytının keçirdiyi internet sorğusunda iştirak edən 3000 istifadəçi payız fəslində gedilə biləcək ən populyar ölkələri seçiblər.

AZƏRTAC xəbər verir ki, saytın izləyiciləri əsasən dəniz istirahətinə üstünlük veriblər. Məhz bu səbəbdən də Azərbaycan arzuolunan ölkələr siyahısında ilk yerlərdən birini tutub. Sorğuda iştirak edənlərin 38 faizi ilin son aylarında dənizə, 16 faizi artıq boşalan çimərliklərə, 14 faizi Avropa turuna, 4 faizi Baltik ölkələrinə və yerdə qalanı da evdə keçirməyə üstünlük verdiyini açıqlayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.