ELM VƏ TƏHSİL


İnternet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılır

Bakı, 19 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, internetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiya onlayn mühitdə təhlükəsizliyin pozulmasına səbəb olur. Uşaqların internet mühitində istifadəçi kimi fəal olması onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaldır. Tədqiqatların aparılmasında əsas məqsəd internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi, təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılması yolları, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.