ELM VƏ TƏHSİL
İnternet mütəxəssisləri Çində toplaşıblar
Bakı, 4 dekabr, AZƏRTAC
Çinin Çjetszyan əyalətində VI Dünya internet konfransı keçirilir.
AZƏRTAC “ria.ru” saytına istinadla xəbər verir ki, dekabrın 5-dək davam edəcək konfransın gündəliyində süni intellekt, internet vasitəsilə yoxsulluqla mübarizə, internet kommunikasiyaları və sosial məsuliyyət, qlobal rəqəmsal iqtisadiyyat, kiberməkan normaları, eləcə də kiberməkandan cinayətlərin və terror aktlarının törədilməsi üçün istifadənin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq kimi məsələlər yer alıb.
Bu il tədbirdə dünyanın 80 ölkəsindən 1,5 min iştirakçı, o cümlədən “Alibaba” şirkətinin rəhbəri Cek Ma, “Apple” korporasiyasının rəhbəri Tim Kuk, internet yaradıcılarından biri Elliton Kan, “Kasperski laboratoriyası” antivirus şirkətinin rəhbəri Yevgeni Kasperski və başqaları iştirak edirlər.