ELM VƏ TƏHSİL


İnternet reklamlarında süni intellektdən istifadə problemləri müzakirə olunub

Bakı, 1 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Haşımova NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. K.Haşımova “İnternet reklamlarında süni intellektdən istifadənin problem və perspektivləri” adlı məruzəsində müvafiq sahədə tətbiq edilən yeni texnologiyalar sırasında süni intellektin xüsusi yeri olduğunu bildirib. Qeyd edib ki, reklam-marketinqin səmərəliliyinin artırılmasında özünəməxsus rolu olan süni intellekt biznes bazarında liderlik edən texnologiyalardandır.

Məruzəçi tədqiqat işində süni intellektin reklam sahəsində tətbiqi məsələləri və onun iş prinsipinin araşdırıldığını, bu sahədə yeni texnologiyaların tətbiqi məsələlərinin öyrənildiyini qeyd edib. Məqalənin hazırlanmasında mövzu üzrə problemlər və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi və sistemli yanaşma metodologiyalarından istifadə edildiyini diqqətə çatdırıb.

Sonda tədqiqatçı mövzu ilə əlaqədar bir sıra sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.