ELM VƏ TƏHSİL


İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydasında dəyişiklik edildi

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib.

Qərarın qəbul edilməsi internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.