İQTİSADİYYAT


İnternetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İctimai Şuranın üzvləri, “Avirtel”, “Sazz-LTE”, “Smart systems technology”, “Azintex” internet provayderlərinin rəhbərləri və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib, internetlə bağlı problemlərin araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb.

İctimai Şuranın sədri Siruz Abasbəyli çıxış edərək bu toplantının nazirlikdə keçiriləcək birgə görüşün ilkin müzakirəsi olduğu və bu işdə rəhbərliyin İctimai Şuranın sədr müavini Qalib Qurbanova həvalə edildiyini diqqətə çatdırıb.

Qalib Qurbanov hazırda ölkəmizdə internet sahəsində böyük nailiyyətlər əldə olunduğunu söyləyib. Şuranın sədr müavini əlavə edib ki, bu sahədə müəyyən problemlər də mövcuddur.

“İctimai Şura olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin problemlərin həlli istiqamətində addımlar atmağa hazır olduğunu və diqqət ayırdığını müşahidə edirik”, – deyə Qalib Qurbanov vurğulayıb.

Sonra internet provayderlərinin rəhbərləri bu sahə üzrə mövcud problemləri səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.