DÜNYA


İnterpol tərəfindən axtarılan bahalı avtomobil Türkiyənin Konya şəhərində tapılıb

İstanbul, 29 may, AZƏRTAC

Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən axtarışda olan təxminən 100 min ABŞ dolları dəyərində avtomobil Türkiyənin Konya şəhərində tapılıb.

AZƏRTAC xəbər verir ki, avtomobil Konyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən üzərində dövlət nömrə nişanı olmadan Konyada yerləşən bir dayanacaqda aşkarlanıb.

2012-ci il istehsalı olan maşının 2016-cı ildə Almaniyadan oğurlandığı bildirilir.

Bu barədə artıq İnterpola yazılı məlumat göndərilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.