CƏMİYYƏT


İntervallı aclıq zamanı qocalma prosesləri ləngiyir, immunitet güclənir, hal-əhval yaxşılaşır

Bakı, 4 avqust, AZƏRTAC

İntervallı aclıq adlanan pəhriz bütün dünyada çox populyardır. Bu, təkcə artıq çəkidən azad olmağa deyil, həm də bir çox sağlamlıq problemlərini həll etməyə kömək edir. Həkim-kardioloq Olqa Bokeriya intervallı aclığın sağlamlığı yaxşılaşdırmağa necə kömək etdiyi və belə bir qidalanma sxeminin xüsusilə kimlər üçün faydalı olduğu barədə danışıb.

AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, qidalanma prinsipi aclıq günü və müxtəlif sxemlər üzrə “qida qəbulu pəncərəsi” ərzində növbələşməyə əsaslanır: 10/14, 12/12, 16/8, 20/4 (misal üçün, 16 saat ərzində — aclıq, qalan 8 saat ərzində — iki qida qəbulu).

“Bir çox tədqiqatlar göstərir ki, intervallı aclıq bədənimizə güclü təsir göstərir. Qidanın olmaması insan üçün təbii olub. İnsanlar uzun müddət ərzində qidasız fəaliyyət göstərə bilmək üçün tədricən inkişaf ediblər. Beləliklə, vaxtaşırı aclıq dövrləri insan üçün gündə 3-4 dəfə qida qəbulundan daha təbiidir”, - deyə ekspert bildirib.

Bundan başqa, qidalanmada həm gün ərzində bir neçə saatlıq intervallar təşkil edə, həm də həftənin müəyyən günlərini seçərək bütün günü buna həsr edə bilərsiniz.

Biz daim qida qəbul edərkən, tez-tez qəlyanaltı edərək, sözün əsl mənasında qaraciyərimizə və digər daxili orqanlara, xüsusilə də bağırsağa istirahət etməyə imkan vermirik. Qida qəbulunda uzun fasilələr, əksinə, daxili orqanların funksionallığını yaxşılaşdırmağa imkan verir.

Eyni zamanda, intervallı aclıqda xüsusi pəhriz yoxdur, adi rasionda olan istənilən faydalı qidaları qəbul etmək olar.

İntervallı aclıq ilə bədəndə dəyişikliklər hüceyrə səviyyəsində baş verir. Birincisi, insulin emissiyaları sabitləşir, qan göstəriciləri normallaşır. Yığılmış piy əriyir, hüceyrələr öz-özünə bərpa və autofagiya (dövrü keçmiş köhnə zülallar neytrallaşdırılır) proseslərinə start verir.

İntervallı aclıqda qocalma prosesləri ləngiyir, immunitet güclənir, hal-əhval yaxşılaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.