MƏDƏNİYYƏT
İntiqam Yaşarın Təbrizdə kitabı çap olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Təbriz şəhərində fəaliyyət göstərən “Nəbati” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşarın yeni kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif illərdə qələmə alınmış şeirlərdən ibarət kitabı fars əlifbasına təbrizli gənc şair Əli Nurvəş köçürüb. Kitabın dizayneri isə Kiyumərs Nizamiyandır.
“Bütün xatirələr sənə qalacaq” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab yaxın günlərdə kitab evlərində satışda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
- 25.04.2024 [11:02]
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 24.04.2024 [23:42]