İDMAN


İntizam Komitəsinin iclası keçirilib

Bakı, 31 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 30-da İntizam Komitəsinin iclası keçirilib.

AZƏRTAC Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının 9-cu turunda baş vermiş bir neçə qayda pozuntularına görə cərimələr tətbiq olunub.

“Sumqayıt” – “Qəbələ” matçında sumqayıtlıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 92-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanıb, klub isə 200 manat cərimələnib.

Oyunun 92-ci dəqiqəsində “Qəbələ” klubunun oyunçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunub.

Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq hakimi haqqında lazımi ölçü götürülərək İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılıb.

“Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5, “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Birinci divizionun VIII turunun “Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimələnib.

Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydançada 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Lakin “Səbail-2” komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydançaya 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edib və “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

“Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılıb və klub 400 manat cərimə olunub.

“Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun 54 nömrəli futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.