İQTİSADİYYAT


“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi qəsəbəsində təmir işləri davam edir

Bakı, 18 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 kilometr küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri qəsəbənin I Mədən küçəsi, korpus 2 ünvanında aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a verilən məlumata görə, ümumi uzunluğu 800, ortalama eni 5 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Qeyd edək ki, agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 kilometr uzunluğa malik küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.