İQTİSADİYYAT


“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Xaçmazda sahibkarlarla görüş keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən “İnvestisiya səyahəti” layihəsinin icrasına start verilib. Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə ilk investisiya səyahəti həyata keçirilib və Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib.

Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılıb, eyni zamanda, investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb və maliyyələşmə imkanları dəyərləndirilib. Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.