REGİONLAR


İnvestisiya təşviqi proqramı üzrə 2,8 milyard manat sərmayə qoyulması nəzərdə tutulur

Bakı, 8 fevral, AZƏRTAC

İnvestisiya təşviqi proqramı üzrə 332 layihənin həyata keçirilməsi və bu layihələr çərçivəsində 12 min yeni iş yerinin açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yer alıb.

“Azərbaycan xalqı gələcəyinə və daha işıqlı sabahına əmin ola bilər. Təkcə Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrasına əvvəlki proqramdan da çox – 17,4 milyard manat vəsait qoyulacaqdır. İnvestisiya təşviqi proqramı üzrə 332 layihənin həyata keçirilməsi, buna 2,8 milyard manat vəsait qoyulması, bu layihələr çərçivəsində 12 min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafına böyük kömək göstərəcəkdir və ölkə Prezidentinin dediyi kimi: “Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir”, - deyə məqalədə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.