İnvestorlar və investisiya şirkətləri üçün yeni xidmət istifadəyə verilib
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də qiymətli kağızlar sahəsində investor və investisiya şirkətlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzi (MDM) tərəfindən yeni “Marja” subhesabı istifadəyə verilib.
MDM-dən AZƏRTAC-a bildirilib ki, investorlar təqdim olunmuş yeni subhesaba qiymətli kağızları girova qoymaqla, investisiya şirkətləri vasitəsilə əlavə ticarət limitləri əldə edə biləcəklər. Qiymətli kağız mülkiyyətçiləri investisiya şirkətləri qarşısında öz öhdəliklərini icra edənədək kağızlar bu subhesablarda saxlanılır. Bu da öz növbəsində qiymətli kağızlar bazarının inkişafına öz töhfəsini verəcək. Qiymətli kağız mülkiyyətçiləri sahib olduqları depo və ya marja hesabları üzrə əməliyyatları mərkəzi depozitar sistemində mövcud olan şəxsi elektron kabinetləri vasitəsilə real vaxt rejimində həyata keçirə bilirlər.

Xəbərin mətnində orfoqrafik səhv var