ELM VƏ TƏHSİL


İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanına qeydiyyat davam edir

Bakı, 4 mart, AZƏRTAC

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün indiyədək 51 nəfər (AA - 1, AB - 18, AC - 32) qeydiyyatdan keçib. Qeydiyyat martın 5-i saat 12:00-da başa çatacaq.

İmtahan kompüterlər vasitəsilə DİM-n Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında martın 7-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.