ELM VƏ TƏHSİL


İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 32 nəfər qeydiyyatdan keçib

Bakı, 17 oktyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid olan AA, AB və AC qrupları üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu gün saat 11:10-a olan məlumata görə, 32 nəfər (AB - 8, AC - 24) qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.