ELM VƏ TƏHSİL


İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 42 nəfər qeydiyyatdan keçib

Bakı, 20 oktyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğunda inzibati rəhbər vəzifələrə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu gün saat 11:05-ə olan məlumata görə, 42 nəfər (AA – 1, AB - 8, AC - 33) qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.