CƏMİYYƏT


İnzibati xəta törədən şəxslər cərimə edilib

Bakı, 8 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib. Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub.

İnzibati xəta törətdiklərinə görə, təqsirkar şəxslər, ümumilikdə, 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.