DÜNYA


İordan çayının qərb sahilində İsrail polisinin üç əməkdaşı öldürülüb

Bakı, 26 sentyabr, AZƏRTAC

İordan çayının qərb sahillərində Qüds şəhəri yaxınlığında Xar-Adar yaşayış yerində odlu silahla silahlanmış fələstinli İsrailin təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində 3 polis işçisi həlak olub. İsrail polisinin mətbuat xidməti hücum edən şəxsin də öldürüldüyünü bildirib.

Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasında hazırkı zorakılıq dalğası 2015-ci ilin sentyabrında başlayıb. Həmin vaxtdan etibarən soyuq və odlu silah, partlayıcı, həmçinin taran qismində istifadə olunan avtomobillər vasitəsilə törədilən yüzlərlə hücum nəticəsində 50 nəfərdən çox yəhudi və bir neçə xarici ölkə vətəndaşı öldürülüb, 500-dən artıq insan isə yaralanıb. Fələstin KİV-lərinin verdiyi məlumata görə isə hücum və terror aktları nəticəsində, həmçinin azı 300 fələstinli həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.