DÜNYA


İordaniya Beynəlxalq Mülki Aviasiya Təşkilatına İsraildən şikayət edib

Əmman, 21 yanvar, AZƏRTAC

İordaniya İsrailin cənubundakı Timna vadisində aeroportun tikintisi ilə əlaqədar BMT yanında Beynəlxalq Mülki Aviasiya Təşkilatına bu ölkədən şikayət edib.

AZƏRTAC xəbər verir ki, aeroport sahilyanı Aqaba şəhərində Kral Hüseyn adına İordaniya Beynəlxalq Aeroportunun cəmi on kilometrliyindədir. İordaniya ehtiyat edir ki, belə yaxın qonşuluq uçuşların təhlükəsizliyinin təmin edilməsində problemlər yaradar.

İordaniya Mülki Aviasiya İdarəsinin başçısı Haysam Mistu bildirib ki, onun ölkəsi İsrail aeroportunun Timnada inşa edilməsi və ondan birtərəfli istifadə olunması əleyhinədir. İsrail beynəlxalq standartlara riayət etmir və İordaniyanın maraqlarının tam təmin olunması üçün tədbirlər görmür. Mistu fikrinə aydınlıq gətirərək deyib ki, İordaniyanın bu mövqeyi aeroportun işlədilməsi zamanı hava məkanının və başqa ölkələrin ərazilərinin suverenliyinə hörmət barəsində beynəlxalq standartların İsrail tərəfindən pozulması ilə bağlıdır. O, 1944-cü ildə dünyanın 192 ölkəsi tərəfindən imzalanmış mülki aviasiya haqqında Çikaqo Konvensiyasına İsrailin riayət etməsinin vacibliyini vurğulayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.