DÜNYA


İordaniya Misirdən təbii qaz idxalını artırmağı planlaşdırır

Qahirə, 13 noyabr, AZƏRTAC 

İordaniya ölkənin təbii qaza olan tələbatının üçdəbirini təmin etmək məqsədilə Misirdən mavi yanacaq idxalını artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İordaniyanın energetika və mineral ehtiyatlar naziri Halya Zavati bildirib. Onun sözlərinə görə, Misirdən təbii qaz idxalına cari ilin sentyabrından başlanılıb. Bu, hələ eksperimental mahiyyət daşıyır və idxalın həcminin artırılması İordaniya ilə İraq arasında boru kəmərinin tikintisindən asılı olacaq. Nazir, həmçinin bildirib ki, 2019-cu ildə İordaniyanın gündəlik qaz tələbatı 350 milyon kubfut təşkil edəcək.

H.Zavati qeyd edib ki, Misirlə saziş hələ imzalanmayıb, hazırda tədarükün həcmi barədə danışıqlar aparılır. Nazir ümidvar olduğunu bildirib ki, ölkənin tələbatının üçdəbiri Misirdən idxal ediləcək təbii qaz hesabına təmin ediləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.