DÜNYA


İordaniya Suriya ilə sərhədi aça bilər

Qahirə, 9 oktyabr, AZƏRTAC 

İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi bildirib ki, tərəflər bütün detallar və zəruri prosedurlarla bağlı razılığa gəldikdən sonra İordaniya-Suriya sərhədi açıla bilər.

AZƏRTAC xəbər verir ki, İordaniyanın xarici siyasət idarəsinin rəhbəri Əmmanda keçirdiyi mətbuat konfransında bildirib ki, onun ölkəsi Suriya böhranının siyasi həllinə nail olmaq üçün böyük səylər göstərir. Nazir əlavə edib ki, sərhədin açılması Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Ayman əl-Səfədi vurğulayıb ki, böhranın siyasi yolla həllindən sonra İordaniya suriyalı qaçqınları öz evlərinə qayıtmağa məcbur etməyəcək, lakin onların könüllü qayıdışını dəstəkləyəcək. Onun sözlərinə görə, Haşimilər Krallığı bu günədək 1 milyon 300 min suriyalı qaçqına sığınacaq verib.

 

Asya Hacızadə 

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.