SİYASƏT


İordaniya agentliyi Azərbaycanın ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” haqqında bəyanatına münasibətindən yazıb

Qahirə, 26 aprel, AZƏRTAC

İordaniyanın “Nayrouz” informasiya agentliyi ABŞ Prezidenti Co Baydenin “qondarma erməni” soyqırımı haqqında bəyanatı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasını yayıb.

AZƏRTAC-ın xəbərinə istinadla yayılan materialda qeyd olunur ki, Azərbaycan XİN 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasından təəssüfləndiyini qeyd edərək, bu məsələsini siyasiləşdirərək gündəmə gətirənlərin həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirdiyini diqqətə çatdırıb.

Açıqlamada vurğulanır ki, yüz il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.