SİYASƏT


İordaniya agentliyi Milli Qurtuluş Gününə həsr olunmuş məqalə yayıb

Qahirə, 16 iyun, AZƏRTAC

İordaniyanın “Nayrouz” agentliyi tanınmış tarixçi və jurnalist Ömər əl-Armutinin Azərbaycanın Milli Qurtuluş Gününə həsr etdiyi məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim Heydər Əliyevin hələ SSRİ-nin rəhbərlərindən biri olduğu dövrdə öz xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən, ikinci dəfə müstəqillik əldə edən ölkəni xaos və dərin böhrandan xilas etməsindən bəhs edib. Müəllif vurğulayıb ki, məhz 15 iyun günü, azərbaycanlıların xilaskarı, böyük dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı rəsmi bayram edilir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi uğurlardan, ölkənin dünya birliyində nüfuzunu artmasından bəhs edən iordaniyalı tarixçi vurğulayır ki, Prezident İlham Əliyev onun müdrik siyasətini davam etdirir. O yazır: “Azərbaycan xalqı haqlı olaraq hesab edir ki, Heydər Əliyevin müdrik siyasi kursu dövlət müstəqilliyinin qarantıdır. Bundan sonra heç bir qüvvə azərbaycanlıların suverenliyinə qəsd edə bilməyəcək. Bu dahi şəxsiyyətin əziz xatirəsi əbədi olaraq insanların qəlbində yaşayacaq”.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.