CƏMİYYƏT


İordaniya agentliyi ermənilərin Azərbaycanın dini abidələrinə qarşı qəddar münasibətindən yazıb

Qahirə, 10 iyul, AZƏRTAC

İordaniyanın “Nayrouz” informasiya agentliyi ermənilərin Azərbaycandakı dini abidələrə qarşı vəhşiliyi barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, 1905 və 1918-ci illərdə erməni quldur dəstələrinin törətdikləri qırğınların xatırladıldığı yazıda 1990-cı illərdə Azərbaycan ərazisindəki məscid və kilsələrin də dağıdıldığı və təhqir edildiyini diqqətə çatdırılıb. Bildirilib ki, ötən əsrin əvvəlində baş vermiş Şamaxı qırğını zamanı erməni quldurları bu şəhərdəki məscidə sığınan 2 min nəfəri diri-diri yandırıblar. Onlar bu vəhşi əməlləri 1990-cı illərdə də təkrar ediblər. Rəsmi məlumata görə, müqəddəs ibadət ocaqlarında donuz və inək saxlayan ermənilər işğal etdikləri ərazilərdə 63 məscidi tamamilə, 4 məscidi isə qismən dağıdıblar. Dağıdılan dini abidələr sırasında alban və rus pravoslav kilsələri də var. Eyni zamanda, müasir Ermənistanın ərazisində yerləşən məscidlər də dağıdılıb. İrəvandakı Sərdar məscidi viran qoyulub, Göy məscid isə əcnəbilərə fars dini abidəsi kimi təqdim edilib.

Diqqətə çatdırılıb ki, monoteist dinlərə etiqad edən bütün insanlar üçün dini abidələrin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsi böyük günahdır. Artıq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə dini abidələrin bərpasına başlayıb. Ermənistandan fərqli olaraq, Azərbaycanda xristian abidələrinin mühafizəsi və fəaliyyətinə xüsusi diqqət yetirilir. Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur, bu gün Azərbaycanda 5 pravoslav, 1 katolik kilsəsi və 7 sinaqoq fəaliyyət göstərir. Bu, xalqımızın tolerantlığının, həmçinin ölkəmizin müxtəlif mədəniyyətlər və dinlərə ehtiramının təzahürüdür. İslam abidələrini, məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə əməkdaşlığa can atır. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dəfələrlə münasibət bildirərək söyləyib ki, məscidləri xaraba qoyan ölkə heç vaxt müsəlmanların dostu ola bilməz.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.