SİYASƏT


İordaniya mediasında Anım Günündən bəhs edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

İordaniyada yaşayan gənc həmyerlimiz, Azərbaycan Diaspor Gənclər şəbəkəsinin üzvü Samia Xamisin yerli “nayrouz.com” xəbər saytında 27 sentyabr – Anim Gününə həsr olunmuş məqaləsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə ötən il Ermənistanın hərbi təxribatı səbəbindən sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun uğurlu əməliyyatlar keçirdiyi, bütün beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızın azad olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan ağır məğlubiyyətə uğradıqdan sonra sülh haqqında razılaşma sənədinə imza atmağa məcbur olub. Bu müharibədə Azərbaycanın əsgər və zabitinin qəhrəmancasına həlak olduqları, ölkəmizdə onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr tarixinin Anım Günü elan edildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.