DÜNYA


İordaniya və Suriya üç il bağlı olan “Nəsib” sərhəd keçidini açacaq

Ər-Riyad, 16 oktyabr, AZƏRTAC

İordaniya ilə Suriya üç il bağlı olan “Nəsib” sərhəd keçidinin açılması barədə razılıq əldə ediblər.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, sərhəd keçidinin açılışı bu gün, oktyabrın 15-də nəzərdə tutulur. Sərhəd keçidinin açılması hər iki ölkənin texniki komissiyasının məsləhətləşmələrindən sonra qərara alınıb.

Xatırladaq ki, “Nəsib” sərhəd keçidinin fəaliyyəti 2015-ci ildə təhlükəsizlik baxımından yaranmış vəziyyətlə əlaqədar dayandırılıb. Bu keçid məntəqəsi bir çox malların tranzit dəhlizi olduğundan hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.