QAN YADDAŞI


İordaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Qahirə, 20 fevral, AZƏRTAC

İordaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar virtual tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Gənclər Şurasının sədri Samia Xamisin moderatoru olduğu keçən tədbirdə iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq ( Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti, tarixçi alim Əbdülkərim Jaradat çıxış ediblər.

Natiqlər XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının səbəbləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, son 30 ildə erməni silahlı qüvvələrinin hərbi təxribatlarından ətraflı danışıblar. Qeyd olunub ki, 29 il əvvəl Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı törədilmiş vəhşi qətliamın əsas məqsədi məhz etnik təmizləmə siyasəti, azərbaycanlıları öz tarixi yurdlarından didərgin salmaq olub. Günahsız insanları amansızcasına qətlə yetirən işğalçılar bu vəhşilikləri ilə Azərbaycan xalqının iradəsini sındırmaq istəyiblər. Onlar, həmçinin Xocalıda və bütün Qarabağ ərazisində məzarlıqları, qədim İslam abidələrini və məbədləri dağıdaraq yerli müsəlman əhalinin izlərini silmək məqsədi güdüblər. Bütün bu çirkin əməllər əsl soyqırımıdır və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilib.

Çıxışlarda vurğulanıb ki, erməni işğalçıları bu cür vəhşiliklə Azərbaycan xalqının iradəsini sındıra bilməyib. Xocalı qırğınından 29 il sonra, ötən il sentyabrın 27-dən noyabrın 9-dək işğalçılara qarşı aparılan müharibə nəticəsində Azərbaycan Ordusu böyük Qələbə qazanaraq torpaqları azad edib. Bu, labüd idi, çünki Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşısında Ermənistan aciz qalmışdı.

Tədbirdə diqqətə çatdırılıb ki, İordaniya ərəb dünyasında Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və hər zaman onun ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdulla, həmçinin xalqlarımız arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.