SİYASƏT


İordaniyalı akademik Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransından yazıb

Qahirə, 3 iyul, AZƏRTAC

İordaniyalı akademik Mərvan Suda bu ölkənin “Əl Ənbat”, “Cohina” və “Şaab” qəzetlərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı barədə məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə İordaniya parlament nümayəndə heyətinin də iştirak etdiyi bu mötəbər beynəlxalq tədbir haqqında geniş məlumat verilib. Müəllif qeyd edib ki, 40 ölkə və 9 parlament təşkilatının iştirak etdiyi Bakı konfransı bəşəriyyətin əksəriyyəti üçün böyük əhəmiyyət kəsb edən müzakirələrlə yadda qalıb. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı qlobal problemlərin həllinə işıq salıb. Konfrans iştirakçıları, həmçinin erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarında, o cümlədən mədəniyyət paytaxtı Şuşada olublar, 30 ilə yaxın düşmənin dağıtdığı, viran qoyduğu yerləri öz gözləri ilə görüblər. Onlar, eyni zamanda, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə də tanış olublar.

Məqalədə diqqətə çatdırılıb ki, parlament diplomatiyasının yeni qolunu təmsil edən Azərbaycan, həm də bu sahədə mühüm təşəbbüslər irəli sürüb. Bu çərçivədə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, hazırda dünyanın şahidi olduğu dəyişikliklər və çağırışlar fonunda daha ədalətli bir düzən qurulması parlamentarilərin fəaliyyətinin əsas istiqamətləri olacaq.

Sonda İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində Azərbaycan Milli Məclisi ilə sıx əməkdaşlığının perspektivlərindən bəhs olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.