CƏMİYYƏT


İordaniyalı jurnalist Azərbaycanın palçıq vulkanları haqqında məqalə yazıb

Qahirə, 30 iyul, AZƏRTAC

İordaniyalı gənc jurnalist Marina Suda bu ölkənin “Əl Ənbat” qəzetində və Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın palçıq vulkanları haqqında məqalə yazıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakı və Abşeron yarımadasında 52 palçıq vulkanına dövlət təbii qoruğu statusu verildiyi, 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradıldığı diqqətə çatdırılıb. Müəllif yazıb ki, ümumilikdə Azərbaycanda 220-dən çox palçıq vulkanı var. Onlar həm quruda, həm də dənizdə mövcuddurlar. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir.

Müəllif, həmçinin vulkan palçığının müalicəvi əhəmiyyətindən də ətraflı bəhs edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.