SİYASƏT


İordaniyalı jurnalist Qarabağa səfəri haqqında təəssüratlarını bölüşüb

Qahirə, 2 avqust, AZƏRTAC

Qarabağa səfər edən iordaniyalı jurnalist Naamat əl-Xora “Əl Ənbat” nəşrində dərc olunan məqaləsində öz təəssüratlarını ərəbdilli oxucularla bölüşüb.

AZƏRTAC xəbər verir ki, iordaniyalı jurnalist Cəbrayıl rayonunda ermənilərin məhv etdiyi binalar və meşələrdən yazıb. O vurğulayıb ki, əcnəbi jurnalistləri müşayiət edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərinə başlanıldığı, ərazilərin minalardan təmizlənməsindən sonra məcburi köçkünlərin doğma evlərinə qayıdacaqlarını bildirib.

Məqalədə ermənilərin qəbiristanlıqları, mədəniyyət və tarixi-dini abidələri, məscidləri viran qoyduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan bütün dünyada tolerantlıq və dözümlülük ölkəsi kimi tanınır. Burada yaşayan 40-dan çox etnik qrupların nümayəndələri arasında mehriban münasibətlər mövcuddur.

İordaniyalı jurnalist Füzuli-Cəbrayıl avtomobil yolunun tikintisi, bu ərazinin minalardan təmizlənməsindən də bəhs edib. O qeyd edib ki, layihənin rəhbəri yolun tikintisini həyata keçirmək üçün 20 gün müddətində 12 kvadratkilometr ərazinin ermənilərin basdırdıqları minalardan təmizlənməli olduğunu deyib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.