SİYASƏT


İordaniyalı jurnalist ölkəsinin Azərbaycanla dostluq əlaqələri barədə məqalə yazıb

Qahirə, 20 sentyabr, AZƏRTAC

Rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqina İordaniyanın “Əl Ənbat” qəzetində və Əlcəzairin “Əl Hərir” portalında ölkəsinin Azərbaycanla dostluq əlaqələri haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində iordaniyalı deputatların bu günlərdə Azərbaycanın krallıqdakı səfiri Eldar Səlimovla görüşündən bəhs edən jurnalist Əmman ilə Bakı arasında əlaqələrin yüksək səviyyəsindən, həmçinin iki dost ölkənin əməkdaşlığının inkişafının böyük potensialından bəhs edib. İordaniya parlamentinin üzvləri və Azərbaycanın səfiri vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullanın səmimi dostluq münasibətləri iki qədim ölkə və onların min illərlə tarixə malik olan paytaxtları arasında yaxın əlaqələrin əsasını təşkil edir.

Məqalədə diqqətə çatdırılıb ki, İordaniya və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əmman dəfələrlə dost ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, habelə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması ilə bağlı mövqeyini müdafiə edib.

Y.Neduqina iordaniyalı parlamentarilərin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın böyük potensialı olduğu fikirlərini sitat gətirib. Müəllif diqqətə çatdırıb ki, hər iki dost ölkə yerləşdiyi regionda tolerantlıq, müxtəlif dinlərin mənsublarına hörmət rəmzi kimi tanınır və bu amil onların tərəqqisinin rəhnidir. Bu kontekstdə İordaniya ilə Azərbaycanın uyğun strukturları, universitetləri daha sıx əməkdaşlıq edə bilərlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.