SİYASƏT


İordaniyanın “Əd-Dustur” qəzetində Azərbaycan səfirliyinin Dövlət Bayrağı Günü ilə bağlı bəyanatı dərc edilib

Bakı, 11 noyabr, AZƏRTAC

İordaniyanın nüfuzlu “Əd-Dustur” qəzetinin 10 noyabr nömrəsində, eləcə də www.orobanews.com, www.nayrouz.com, www.alqubbahnews.net kimi yerli xəbər portallarında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin bəyanatı dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi oxucuların diqqətinə çatdırılıb. Məqalədə hər bir azərbaycanlı üçün əziz olan bayrağımızın şanlı tarixi səhifələri özündə ehtiva etdiyi, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirməsi, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənməsi, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək onu dövlət bayrağı elan etməsi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin məlum Sərəncamı istər ölkəmizdə, istərsə də xaricdə yaşayan azərbaycanlılarda vətənpərvərlik hisslərini daha da gücləndirib. Həmin Sərəncam dövlətimizin başçısının qətiyyətli siyasəti nəticəsində uğurla inkişaf edən Azərbaycanın hər bir vətəndaşı tərəfindən rəğbətlə qarşılanıb.

Bəyanatda, həmçinin 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin noyabrın 9-da dövlət bayrağı haqqında qərar qəbul etməsi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.