SİYASƏT
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 10 dekabr, AZƏRTAC
İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İordaniya Kralı II Abdullah ibn Al Hüseyni hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:21]
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
- 25.04.2024 [16:35]