MƏDƏNİYYƏT


İosif Yusupov: Bakı Beynəlxalq Teatr Konfransı digər ölkələrin də mədəniyyətinə böyük təsir vasitəsidir

 İosif Yusupov: Bakı Beynəlxalq Teatr Konfransı digər ölkələrin də mədəniyyətinə böyük təsir vasitəsidir

Bakı, 4 noyabr, Abdulla Suvar, AZƏRTAC

Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş tanınmış teatr rəssamı İosif Yusupov (ABŞ) fikirlərini AZƏRTAC-la bölüşüb.

O deyib: “Azərbaycanı həddindən artıq sevirəm. Günbəgün yeniləşən Bakını görməkdən xüsusi zövq alıram. Burada təşkil edilən bu möhtəşəm konfrans müxtəlif ölkələrdən gələn həmkarlarımla görüşmək baxımından böyük əhəmiyyət daşıyır. Artıq onların çoxu ilə tanış olmuşam və hətta bir-birimizlə fikirlərimizi paylaşıb, təcrübə mübadiləsini də aparmışıq. Mən konfrans çərçivəsində “Səhnə qrafikası” mövzusunda ustad dərsləri də keçəcəyəm. İstərdim ki, bu dərslərə teatrla bağlı hər kəs dəvət edilsin. Teatr aləmində yeni texnologiyalar tətbiq olunub. Ona görə də bütün bunları göstərmək və izah etmək istəyirəm. Teatr aləmində, televiziyada və ümumiyyətlə opera sahəsində çoxlu yeniliklər baş verir. Ən əsası isə ünsiyyətdir”.

Bakıda keçirilmiş ikinci teatr konfransında iştirak etdiyini söyləyən qonaq bildirib ki, belə konfransların keçirilməsi çox vacibdir. Əlbəttə, dünyanın heç də bütün ölkələrində belə tədbirlər keçirilmir. Deyərdim ki, Bakı Beynəlxalq Teatr Konfransı təkcə sizin deyil, digər ölkələrin də mədəniyyətinə böyük təsir vasitəsidir. Bu, teatr incəsənətinin daha da irəliyə inkişafı deməkdir. Şadam ki, belə tədbir Azərbaycanda, qədim mədəniyyət paytaxtı Bakıda keçirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.