İQTİSADİYYAT
İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində sərnişin və yük daşınması artıb
Bakı, 27 sentyabr (AZƏRTAC). Cari ilin yanvar-iyul aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 178,2 milyon nəfər və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə İpək yolu ilə daşınan yüklərin həcmi 33,5 milyon ton olub. Yüklərin 50 faizi avtomobil, 34,1 faizi dəmir yolu, 15,9 faizi dəniz nəqliyyatının payına düşüb.
Yük daşımaları fəaliyyətindən 289,6 milyon manat, sərnişin daşınmasından isə 62,5 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 9 faiz və 12,8 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]